16.11.2021
16.11.2021-ci il tatixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 16 noyabr Beynəlxalq Tolerantlıq günü münasibətilə "Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir" başlıqlı onlayn konfrans keçirdi. Konfransı filialın müdiri Rahilə Qasımova açaraq söylədi ki, 16 noyabr Beynəlxalq Tolerantlıq günu 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağrışıdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır.
Konfransda Bakı Slavyan Unversitetinin Azərbaycan dili və multikulturalizm kafedrasının müdiri, dosent İbrahim Quliyev, Az.TU-nin Azərbaycan dili və multikulturalizm kafedrasının baş müəllimi filoloq Zəminə Novruzova, ADAU-nin ictimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa Musayeva çıxış etdilər.
Konfransda çıxış edənlər söylədilər ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərdi ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Ölkəmizdə hər zaman müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirilmişdir. Erməni vandalları tərəfindən dağıdılmış dini abidələrin bərpası buna ən gözəl sübutdur. Həmçinin tədbirdə bədii ədəbiyyatımızda ta qədimdən bu günə qədər tolerantlıqla bağlı yazılmış əsərlər haqqında ətraflı məlumat verildi.
Sonda Azərbaycanda yaşayan az saylı xalqların mədəniyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.